Yeni dünyaya doğru

Yeni dünyaya addım atacaq döl üçün bütün hazırlıqlar tamamlandığı zaman, amnion mayesi də doğum üçün yeni fəaliyyətlərə başlayar. Uşaqlıq boynunu genişləndirəcək su kisəcikləri əmələ gətirən amnion mayesi, bu sayədə uşaqlığı körpənin keçəcəyi böyüklüyə çatdırar. Bu kisələr eyni zamanda dölün doğum zamanı uşaqlıqda sıxışmasının da qarşısını alacaq. Həmçinin doğumun başlanğıcında kisələr deşilib içindəki mayelər axdığı zaman isə, dölün hərəkət edəcəyi yol həm sürüşkünləşər, həm də sterilizə olmuş olar. Beləliklə də, doğum həm daha rahat, həm də mikroblardan təbii olaraq təmizlənmiş şəkildə baş verər.

Uşaqlıqda aparılan bu hazırlıqlarla yanaşı, körpənin etibarlı şəkildə dünyaya gələ bilməsi üçün, bir çox şərt də eyni anda yaranmalıdır. Məsələn, körpə çölə çıxmaq üçün, ən əlverişli dayanma mövqeyini almalıdır. Bunun üçün ayaq hərəkətləri ilə yavaş-yavaş dönməyə başlayar və sonunda başı ananın uşaqlıq boynuna daxil olar. Artıq körpənin hərəkət qabiliyyəti məhdudlaşmışdır və körpə başını buradan çıxarda bilməz. Bəs görəsən hələ dünyaya gəlməmiş bir körpə hansı mövqeyin əlverişli olduğuna necə qərar verir? Doğum üçün ən əlverişli mövqeyi haradan bilir? Üstəlik, doğum zamanının gəldiyini, uşaqlıqdakı bir döl necə müəyyənləşdirir? Əlbəttə ki, bunlar üzərində düşünülməsi lazım olan, olduqca mühüm təfsilatlardır. Hələ şüuru tam formalaşmamış bir varlığın bu cür şüurlu davranışlar göstərməsi, onun öz iradəsi ilə deyil, Yaradıcısı olan Allahın ilhamı ilə hərəkət etdiyinin açıq-aydın göstəricisidir.

Körpənin dünyaya gəliş mərhələsində daha bir çox möcüzəvi dizayn nümunəsi də görülür. Məsələn, sağlam doğumun gerçəkləşməsi üçün, körpənin kəlləsi də doğum kanalında zərər görməyəcək quruluşa sahib olmalıdır. Körpənin kəlləsinə baxdığımız zaman, tam bu ehtiyacı ödəyəcək şəkildə 5 sümük təbəqəsindən və bunlar arasındakı "əmgək" adlandırılan yumşaq toxumadan əmələ gəldiyini görərik. Bu yumşaq toxuma kəllənin elastik olmasına imkan yaradır və bu sayədə doğum anında yaranan təzyiqdən ötrü, körpənin beyninə və kəlləsinə heç bir zərər gəlməz.

Körpənin doğumundan əvvəl çox yüksək nəzarət altında hazırlıqlar aparılır. Mümkün ehtimallar düşünülərək tədbirlər görülür. Məsələn, doğumun asanlaşması və infeksiyaların qarşısının alınması üçün, amnion mayesi fəaliyyətə keçir.

Bu vəziyyət ağla bu sualı gətirir: bütün hazırlıqların tamamlandığını və vaxtın gəldiyini kim yoxlayır? Gözlərin görməyə hazır olduğunu, ağciyərlərin nəfəs almağa hazır olduğunu, oynaqların tam tamamlandığını, beynin tam əmələ gəldiyini kim yoxlayıb körpəyə xəbər verir?

Yeni yaranan dölün bədənində bunları yoxlaya biləcək bir mexanizm yoxdur. Bədəndəki bütün yoxlamaların mərkəzi kimi qəbul edilən beyin də, döllə birlikdə inkişaf etməkdə olan bir orqandır. Üstəlik, beyin hər şeyi ilə tam mövcud olsa da, heç bir məna ifadə etməyəcək. Çünki həmin ana qədər uşaqlıqda inkişaf etmiş olan döl, çöldəki mühitdən tamamilə xəbərsizdir. Heç görmədiyi bir mühitə uyğun quruluşda olub-olmadığını müəyyənləşdirməsi qeyri-mümkündür. Doğumun zamanının gəldiyini müəyyənləşdirən, ananın özü də deyil. Ananın, ilk günündən etibarən bədənindəki gedişatın tək bir mərhələsinə belə müdaxilə etmə imkanı yoxdur ki, bu mərhələlərin biməsinin lazım olduğuna qərar versin.

Şübhəsiz ki, bu yoxlamaları aparan və hər insanın dünya həyatındakı həyatına başlayacağı zamanı təqdir edən Allahdır. İnsanı yaradan, onun davam etdirəcəyi həyatın hər anını bilən, hətta insan dünyaya gələrkən belə ölüm gününü bilən yalnız Allahdır. Hər insan üçün Allah tərəfindən müəyyən edilmiş bir vaxtda ölüm gələcək. Bu həqiqətlərdən xəbərdar olan ağıl sahibi hər insanın etməli olduğu, öz yaradılışı üzərində düşünərək Rəbbimizin sonsuz qüdrətinə bir daha şahid olmaq və bütün həyatını Allahı razı salacaq şəkildə qaydaya salmaqdır.

Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, bilin ki, həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan (rüşeymdən), daha sonra yaradılış forması tam da bəlli olmayan bir parça ətdən yaratdıq ki, qüdrətimizi sizə açıqca göstərək. Sonra sizi uşaq kimi çıxardırıq, sonra da həddi-buluğ dövrünə yetişəsiniz deyə (sizi böyüdürük). Bəzilərinizin həyatına son qoyulur, bəzilərinizin də, bildikdən sonra heç nə bilməmə vəziyyətinə gəlməsi üçün ömrün ən aşağı pilləsinə (yaşlılığa) döndərilir. (Həcc surəsi, 5)