Ağıllı dizayn, yəni yaradılış
Saytda hərdənbir qarşınıza Allahın yaratmasındakı mükəmməlliyi vurğulamaq üçün işlətdiyimiz "dizayn" sözü çıxacaq. Bu sözün hansı məqsədlə işlədildiyinin doğru başa düşülməsi çox əhəmiyyətlidir. Allahın bütün kainatda mükəmməl dizayn yaratmış olması, Rəbbimizin əvvəlcə plan qurduğu daha sonra yaratdığı mənasını verməz. Bilinməlidir ki, yerlərin və göylərin Rəbbi olan Allahın yaratmaq üçün hər hansı “dizayn” etməyə ehtiyacı yoxdur. Allahın dizayn etməsi və yaratması eyni anda olur. Allah bu cür çatışmazlıqlarda münəzzəhdir. Allahın, bir şeyin və ya bir işin olmasını istədiyi zaman, onun olması üçün təkcə "ol" deməsi kifayətdir. Ayələrdə belə buyurulur:
Bir şeyi istədiyi zaman, onun əmri yalnız: "ol!" deməsidir; o da dərhal olar. (Yasin surəsi, 82)
Göyləri və yeri (nümunəsiz olaraq) yaradandır. O, bir işin olmasına qərar versə, ona təkcə "ol!" deyər, o da dərhal olar. (Bəqərə surəsi, 117)