Xətasız bölünmə...

Bədən hüceyrələrində iki növ bölünmə baş verər. Bunlardan "mitoz" adlandırılan bölünmə növü bütün bədən hüceyrələrində görünən bölünmədir. Bu bölünmə nəticəsində hüceyrələrin xromosom sayında dəyişiklik olmaz. Yaranan yeni hüceyrələrdə də heç bir pozulma və dəyişiklik olmaz, hamısı bir-birlərinə bənzəyər.

Burada dərhal bir xüsusu bildirməkdə fayda var. Əgər reproduktiv (dölyaratma) hüceyrələr də bu şəkildə bölünsəydilər, insanın insan olması mümkün olmazdı. Çünki anadan və atadan ayrı-ayrı 46 xromosumun gəlməsi, bir qədər əvvəl də ifadə etdiyimiz kimi, körpənin 92 xromosomla doğulmasına səbəb olardı ki, bu, insanın quruluşunu tamamilə pozardı. Lakin bədənimizdəki bənzərsiz dizayn sayəsində belə vəziyyət baş verməz. Çünki reproduktiv (dölyaratma) hüceyrələrinin formalaşması zamanı baş verən və "meyoz" kimi xarakterizə edilən bölünmə formasında vəziyyət fərqlidir. Meyoz bölünmə nəticəsində hüceyrənin xromosom sayı 46-dan 23-ə, yəni yarıya endirilmiş olar.

Bu bölünmələr tamamlanmadan reproduktiv (dölyaratma) hüceyrələr yetişmiş olmazlar. Həm kişi, həm də qadın bədənlərində bu hüceyrələri yetişdirəcək, yetişdirdikədən sonra çıxacaqları çətin səfərə hazırlayacaq xüsusi mexanizmlər var. Bir-birindən tamamilə xəbərsiz və bir çox cəhətdən fərqli olan qadın və kişi reproduktiv (dölyaratma) sistemləri yaratdıqları hüceyrələri digəri üçün ən hazır vəziyyətə gətirməyə çalışarlar.

Bu mövzuyla əlaqədar təfsilatlı məlumatlar irəliləyən səhifələrdə nəzərdən keçiriləcək. Lakin bunlar oxunarkən diqqət yetirilməsi lazım olan mühüm xüsus var. Reproduktiv (dölyaratma) hüceyrələri hələ ilk bölünməyə başladıqları andan etibarən müəyyən nəzarət altında hərəkət edərək, müəyyən plan tətbiq edirlər. Heç bir nəzarətsizlik yoxdur. Hüceyrələr tam lazımi bölünmələrdən keçir, lazımi xromosom saylarını əldə edir, əməliyyatların ardıcıllığında heç bir dəyişiklik və ya əksiklik olmur. Hər orqan, bunları əmələ gətirən hüceyrələr, bu hüceyrələri əmələ gətirən orqanoidlər böyük uyğunluq içində hərəkət edirlər. Bundan başqa, bədəndəki əməliyyatların gerçəkləşməsindı funksiya yerinə yetirən hormonları və fermentləri əmələ gətirən molekullar da, bu molekulları əmələ gətirən atomlar da olduqca sistemli xəbərləşmə sayəsində nə zaman fəaliyyətə başlayacaqlarını bilir, hansı orqanda necə təsir yaratmalı olduqlarını heç səhv salmırlar.

Hüceyrələr, fermentlər, hormonlar, bir sözlə, bədənin hissələri arasındakı bu uyğunlaşma, əlbəttə ki, üzərində düşünülməsi lazım olan bir mövzudur.

Bir molekulun, bu molekulu əmələ gətirən atomların plan qurması, bu plana uyğun hərəkət etməsi, bir hissəsinin əmr verib, digərlərinin bu əmrə uyğun hərəkət etməsi, verilən əmri anlaya bilməsi və tam yerinə yetirməsi, təsadüfən baş verməsi mümkün olmayacaq qədər fövqəladə hadisələrdir. Üstəlik, bu günə qədər yaşamış və hələ də yaşayan milyardlarla insanın hər birinin bədənində bunların istisnasız gerçəkləşməsi, eyni uyğunlaşmanın mükəmməl şəkildə hər insanda işləməsi, vəziyyəti olduqca fövqəladə hala gətirir. Bədənimizi təşkil edən gözlə görülməyəcək qədər kiçik hüceyrələrə və bu hüceyrələrin əmələ gətirdikləri hormonlara, fermentlərə və digər yüz minlərlə təfsilata üstün ağıl və şüur tələb edən bütün bu xüsusiyyətləri qazandıranın, nəzarətsiz təsadüflər ola bilməyəcəyi aydındır. İnsan bədənində mükəmməl şəkildə işləyən bütün sistemlərin hər mərhələsinin və hər hissəsinin, insanın qavrama hüdudlarından kənarda və bənzərsiz bir ağlın gücü ilə hərəkət etdikləri çox aydındır.

Bu üstün ağıl, ən incə nöqtəsinə qədər bütün kainatı yaratmış olan Allaha məxsusdur. Allah ayələrində Özündən başqa ilah olmadığını bildirmişdir. Bəqərə surəsində belə buyurulur.

Allah… Ondan başqa ilah yoxdur, Diridir, Qaimdir. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur. Onun icazəsi olmadan Onun yanında kim şəfaət edə bilər? O, önlərindəkini və arxalarındakını bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç nə qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, çox Ucadır, Uludur. (Bəqərə surəsi, 255)