Nəticə

Dünyadakı bütün insanlar, sadə bir spermatozoid hüceyrəsi olaraq ana bətninə atılmışlar, buradakı xüsusi yaradılmış şərtlər sayəsində yumurta hüceyrəsiylə birləşmiş, sonra tək bir hüceyrə olaraq həyata başlamışlar. Siz də bu prosesdən keçdiniz; ananız, atanız, bacı-qardaşınız, dostlarınız, tanıdığınız və tanımadığınız bütün insanlar, üstəlik, təkcə hazırda yaşayanlar deyil, ilk insandan indiyədək yaşamış hər insan, kitab boyunca bəhs etdiyimiz möcüzəvi mərhələlərdən keçdi.

İnsanların mövcud olduqlarından ən kiçik xəbərləri belə olmadığı aylar ərzində, Allah onların bədənlərini şəkilləndirmiş, onları tək bir hüceyrədən normal insan kimi yaratmışdır. Bu həqiqəti düşünmək, dünyadakı hər insanın vəzifəsidir...
Sizin də vəzifəniz, necə yarandığınızı düşünmək və sizi yaradan Allaha şükür edən olmaqdır. Unutmayın ki, bədəninizi bir dəfə yaratmış olan Rəbbimiz Allah, sizi ölümünüzdən sonra bir daha yaradacaq və hesaba çəkəcək. Bu, sonsuz güc sahibi olan Allah üçün çox asandır. Öz yaradılışını unudaraq Allahı və axirəti inkar edənlər isə, dərin qəflət içindədirlər. Allah bu insanların vəziyyətini Quranda belə bildirir:

Məgər insan onu bir damla sudan yaratdığımızı görmür? O indi açıq-aydın düşmən kəsilmişdir. O, öz yaradılışını unudaraq bizə bir nümunə verdi; dedi ki; "çürümüş sümükləri kim dirildə bilər?" De: “Onları ilk dəfə yaradanın Özü, onları dirildəcək. O, hər cür yaratmağı bilir. (Yasin surəsi, 77-79)