Embriologiya təkamül yalanını rədd edir

Təkamülçülər, çox üstün yaradılışın dəlili olan doğum hadisəsini, insanın təkamülü yalanı üçün dəlil kimi istifadə etməyə cəhd etmişlər. Yeni insanın yaradılış prosesindəki hər mərhələnin çox həssas dizayna əsasən gerçəkləşdiyi, bu gün embriologiya elmində mübahisəsiz həqiqətdir. Bəs o zaman təkamülçülər bu yaradılış həqiqətini necə özləri üçün, dəlil kimi göstərməyə çalışırlar?

Təkamülçü bioloq Ernst Hekkel (Ernst Haeckel) 19-cu əsrin sonlarında "ontogenez filogenezin təkrarıdır" (“ontogeny recapitulates phylogeny”) nəzəriyyəsini ortaya atdı. Bu nəzəriyyəyə görə Hekkel canlı rüşeymlərinin inkişaf prosesləri zamanı, dırnaqarası atalarının keçirdikləri təkamül prosesini təkrarladıqlarını iddia edirdi. Məsələn, insan rüşeyminin, uşaqlıqdakı inkişafı əsnasında əvvəlcə balıq, sonra sürünən xüsusiyyətlərini göstərdiyini, ən son olaraq da insana çevrildiyini irəli sürürdü.
Bu nəzəriyyənin həqiqətləri ifadə etmədiyi çox keçmədən aydın oldu. İnsan rüşeyminin ilk dövrlərində əmələ gədliyi iddia edilən qəlsəmələrin əslində insanın orta qulaq kanalının, qalxanabənzər ətraf və çəngələbənzər vəzilərinin başlanğıcı olduğu aydın oldu. Rüşeymin yumurta sarısı kisəsinə bənzədilən hissəsinin də əslində körpə üçün qan əmələ gətirilməsindən məsul olan bir kisə olduğu ortaya çıxdı. Quyruq kimi xarakterizə edilən hissənin isə insanın onurğa sümüyü olduğu açıqlandı.

Bunlar artıq elm aləmində hər kəsin bildiyi həqiqətlərdir. Onsuz da Hekkelin bu nəzəriyyəni ortaya atmasından qısa müddət sonra təkamülçülərin özləri də bu iddianın əsassız olduğunu qəbul ediblər. Neo-darvinizmin qabaqcıl adlarından olan Corc Qeylord Simpson (George Gaylord Simpson) bu nəzəriyyənin əsassız olduğunu belə ifadə etmişdir:

"Hekkel təkamüli inkişafı yanlış şəkildə ortaya qoydu. Bu gün canlıların embrioloji inkişaflarının keçmişlərini əks etdirmədiyi artıq qəti bilinir".

Hekkelin ortaya atdığı bu nəzəriyyənin əsassızlığı həmçinin 1920-ci illərdə elmi müzakirə zəminlərində də qəbul edilmişdi. Bunun ardından 1950-ci illərdə də bu mövzu dərsliklərdən tamamilə çıxardıldı.

Saxta şəkillər
Hekkel nəzəriyyəsini ortaya atarkən təkamülçü elm adamlarının ənənəsini pozmadı və nəzəriyyəsi ilə əlaqədar xəyali şəkillər də çəkdi. Hətta embriologiya elmi bir qədər inkişaf edib şəkillərinin saxta olduğu ortaya çıxdığı zaman, özünün də digər yoldaşlarından daha fərqli yol izləmədiyini etiraf etdi:
Bu etdiyim saxtakarlıq etirafından sonra özümü ayıblanmış və qınanmış kimi görməliyəm. Lakin mənim təsəllim budur ki; günahkar vəziyyətdə yan-yana olduğumuz yüzlərlə yoldaş, bir çox etibarlı müşahidəçi və bir çox tanınmış bioloq vardır ki, onların yazdıqları ən yaxşı biologiya kitablarında, nəzəriyyələrində və jurnallarında mənim qədər edilmiş saxtakarlıqlar, qeyri-dəqiq məlumatlar, az-çox təhrif edilmiş, sxematikləşdirilib yenidən təşkil edilmiş şəkillər mövcuddur.

Bu etirafdan da aydın olur ki, Hekkelin embriologiya elmini təkamülə dəlil kimi istifadə etmə səyləri tamamilə cəfəngiyatdan ibarətdir. Kitab boyunca təfsilatlarını təkcə ümumi xülasə şəklində verə bildiyimiz insanın yaradılış möcüzəsi, yaradılış həqiqətinin inkar edilə bilməz dəlilidir.