Cinsiyyət ayrı-seçkiliyi edə bilən hormonlar

Hipotalamus, Qn-RH (qonadotropin-sərbəstləşdirən hormon) adlı bir hormonu qan yolu ilə hipofiz vəzinə göndərərək qadın və kişidə həddi-büluğ dövrünün başlaması üçün zəruri olan ilk addımı atar. Hipotalamusun verdiyi əmrlər əsasında hərəkət etməyə başlayan hipofiz vəzi də əvvəlcə reproduktiv (dölyaratma) orqanları aktiv hala gətirəcək hormonlar göndərməyə başlayar. Bunlar LH (lüteinləşdirici) və FSH (follikulstimullaşdırıcı) adlı hormonlardır. Bu hormonların hər ikisi də həm kişilərdə, həm də qadınlarda ifraz olunur, lakin təsirləri bir-birindən fərqlidir.

Həm qadınlarda, həm də kişilərdə eyni hormonlar ifraz olunmasına baxmayaraq, bunların təsirlərinin bir-birindən tamamilə fərqli olması olduqca təəccüblüdür. Məsələn, FSH adlı hormon qadınlarda yumurta hüceyrəsinin yaranmasını təmin edən hormondur. Kişilərdə isə eyni hormon spermatozoid yaranmasını təmin edir. LH hormonu isə qadınlarda yumurta hüceyrəsinin sərbəst hala gəlməsini və progesteron adlı başqa bir hormonun ifraz olunmasını təmin edən hormondur. Progesterondan uşaqlığın körpə üçün hazırlanmasında istifadə edilər. Eyni hormon kişilərdə tamam fərqli vəzifə boynuna götürür və testesteron hormonunun ifraz olunması üçün hüceyrələri xəbərdar edir. Testesteron isə kişiyə məxsus xüsusiyyətlərin yaranmasını və spermatozoid əmələ gəlməsini təmin edər.
Bənzər təsirə sahib hormonların fərqli bədənlərdə, lakin eyni formullar əsasında əmələ gətirilməsi və bir-birindən tamam fərqli təsirlərə səbəb olmaları, əlbəttə, düşündürücüdür.

Bir hormon kişi bədənində ifraz olunduğu zaman, bu hüceyrələrin kişiyə aid olduğunu anlayır və buna görə dəyişikliklər aparır. Məsələn, bu hormon kişi bədənin əzələlərin inkişaf etməsini, səsin daha qalın olmasını və saqqalın çıxmasını təmin edir.
Yenə eyni hormon qadın bədənində də eyni formul əsasında ifraz olunur, lakin qadında kişilərdə yaratdığı təsirlərin demək olar ki, tam əksi təsirlər yaradır. Qadınlara qadın səsi, kişilərə kişi səsi verən, bədənin inkişafını cinsiyyətə görə tənzimləyən bir hormon, bunu ayırd edə bilirsə, deməli o, qadın və kişi bədəninin anatomiyasından və kimyasından xəbərdardır. Bu da hormonun ağla sahib olması, hətta bu mövzuda təhsil almış olması deməkdir.

Bir çox insanın qadın və kişi reproduktiv (dölyaratma) orqanlarında öz təsirini göstərən hormonlardan, hüceyrələr arasındakı əlaqələrdən, əməliyyatların necə aparıldığından xəbəri belə yoxdur. Bədənindəki əmrlər ardıcıllığından, mesajların gedib-gəldiyindən, bədəninin inkişafının bu əmrlərdən asılı olduğundan, bu sistemin iş prinsipindəki ən kiçik ləngimənin həyatı baxımından çox ciddi problemlərə səbəb olacağından xəbərdar olmadığı kimi, bunların işləməsi üzərində də heç bir səlahiyyəti yoxdur. Xüsusi təhsil almamış bir insanın bu mövzuda məlumatının olmaması olduqca normaldır. Lakin müəyyən molekul qrupunun bu məlumatlara sahib olması normal qəbul edilməyəcək vəziyyətdir.

Aşağıda molekulyar quruluşları görünən hormonlar necə olub ki, kimya məlumatına sahib olur, üstəlik, təkcə insan bədənindəki kimyanın sirrini açmaqla kifayətlənməyib, həm əllərindəki məlumatlar əsasında kimyagər kimi davranaraq bədənin lazımi nahiyələrinə çatır, həm də başqa hüceyrələri lazım olduğu zaman lazım gələn hormonları əmələ gətirməyə yönəldir? Bütün bunları edəcək ağla, bu şüursuz molekul qrupu necə sahib olmuşdur? Bu ağlın hormon dediyimiz molekullara aid olmayacağı çox aydındır. Bütün bu tənzimləmə əməliyyatlarının təsadüfən və ya başqa bir təsirlə bu hala gələ bilməyəcəyi də qəti həqiqətdir.

Bu fövqəladə vəziyyətin tək izahı var. Kişi və qadına məxsus olacaq şəkildə nizamlanmış bu biokimyəvi tənzimləmələr bir dizaynın, bir planın varlığını bizə göstərir. Bu dizayn da üstün ağıl sahibi olan Allaha məxsusdur. İnsanın etməli olduğu isə bu mükəmməl sənət üzərində dərin-dərin düşünmək və hər şeyin tək hakimi olan Allaha təslim olmaqdır.