Dünya həyatındakı ilk qida: ANA SÜDÜ

Dünyaya gözlərini açdığı andan etibarən körpənin bədəni, yeni həyata uyğunlaşmaq məcburiyyətindədir. Bu uyğunlaşmanı asanlaşdıracaq hər cür köməkçi faktor hamiləlik müddəti boyunca yaradılmışdır. Buna ən aydın nümunə ana südünün əmələ gəlmə mərhələləridir.

Hamiləlik müddətində ananın hormonları tərəfindən ana südünün əmələ gətirilir. Süd əmələ gətirilmə prosesi, əsasən beyindəki ön hipofiz vəzi tərəfindən ifraz edilən "prolaktin" adlı hormondan asılıdır. Hamiləlik müddətində bu hormonun fəaliyyətə keçərək süd əmələgəlmə prosesini başlatmasının qarşısı, plasenta tərəfindən ifraz edilən progesteron və estrogen adlı hormonlar tərəfindən alınar. Lakin plasenta, doğumdan sonra atıldıqda, progesteron və estrogen hormonlarının qandakı səviyyəsi azalar və bununla da südün əmələ gəlməsində iştirak edən prolaktin fəaliyyətə keçər. Hormonlar arasındakı bu əlaqə sayəsində ana südü kimi çox qiymətli qida, tam körpənin ehtiyac duyduğu anda hazır olar. Şübhəsiz ki, bu, çox önəmli məlumatdır. Plasenta bədəndə olarkən olduqca mühüm vəzifələr boynuna götürmüşdür, lakin artıq bədəndən kənara atılma vaxtı da gəlmişdir. Bu da insan həyatı üçün çox mühüm hadisəni özü ilə gətirər. Göründüyü kimi, bir insanın yaradılış mərhələlərində hər saniyə formalaşan bütün təfsilatlar bir-birini tamamlayan, biri olmasa digəri olmayacaq hadisələrdir. Əlbəttə ki, bütün bunlar, hər insanın üstün qüdrətlə yaradıldığının açıq-aydın dəlilləridir. Üstəlik, bu mərhələlər körpə dünyaya gəldikdən sonra da davamlı davam edir. Anadakı süd əmələgəlmə prosesi də körpənin qidalanma ehtiyaclarına uyğun şəkildə sürətlənir. İlk günlərdə 50 qram qədər süd əmələ gətirildiyi halda, bu göstərici altıncı ayda gündə bir litrə qədər yüksələ bilər. Ana südünün formulunu tapmaq üçün çalışan elm adamları, apardıqları gərgin tədqiqatlardan sonra bunun mümkün olmadığını görüblər. Çünki standard tipdə ana südü yoxdur. Hər ananın bədənində, süd öz uşağının ehtiyacına görə əmələ gətirilir və bu süd körpəni heç bir kənar qida maddəsinin bəsləyə bilmədiyi ölçüdə bəsləyir. Ananın südündəki anticisim, hormon, vitamin və mineralların körpənin ehtiyacına görə nizamlandığı tədqiqatlar nəticəsində sübut edilmişdir.

Ana südü ilə digər qida maddələri arasındakı fərqlər
Ana südü əvəzinə başqa qida maddələrindən istifadə etmək, körpənin ehtiyacını tam ödəyə bilməz. Məsələn, digər qida maddələrindən heç biri körpənin immun sistemi üçün lazım olan anticisimlərə sahib ola bilməz.

Körpələr üçün klassik qida maddəsi kimi düşündüyümüz inək südü ilə müqayisə etdiyimiz zaman, ana südünün üstünlüyü daha yaxşı aydın olur. İnək südündə insan südündən daha yüksək miqdarda kazein mövcuddur. Kazein laxtalanmış (mayalanmış) süddə olan bir zülaldır. Bu maddə, mədədə daha böyük hissəciklərə parçalanar, yəni həzmi çətinləşdirər. Buna görə də, inək südünün həzmi, ana südünə görə daha çətindir. Bu maddənin ana südündə az miqdarda olması körpə üçün asanlıqdır.

Bu iki süd amin turşularının tərkibi baxımından da bir-birindən fərqlidir. Bu fərqli tərkib, inək südü ilə qidalanan körpələrin plazmasında ümumi amin turşusu miqdarının daha yüksək, bəzi amin turşularının ifrat yüksək, bəzilərində isə qeyri-kafi səviyyədə olmasına gətirib çıxardar. Bunun da həm mərkəzi sinir sistemi üzərində mənfi təsirləri var, həm də artıq zülal tərkibi böyrəklərin yükünü artırır.

Ana südünü fərqli edən digər xüsusiyyət də tərkibindəki şəkərdir. Ana südündə və inək südündə laktoza adlı eyni tip şəkər mövcuddur. Lakin insan südündəki laktoza miqdarı (litrdə 7 qr) inək südündən (litrdə 4,8 qr) daha çoxdur. Həmçinin inək südünün laxtalanmış böyük hissəcikləri nazik bağırsaqdan çox yavaş keçərlər. Bu da olduqca zəruri olan su və laktozanın böyük ölçüdə nazik bağırsağın ön hissəsində sorulmasına səbəb olar. Ana südünün laxtalanmış parçaları isə nazik bağarsağı asanlıqla keçərlər və su və laktoza yoğun bağırsağa çatar. Beləliklə də, insanlar üçün çox faydalı olan, içində faydalı bakteriyaların əmələ gəldiyi bağırsaq quruluşu meydana gələr. İnsan südündə bol miqdarda laktoza olmasının ikinci faydası isə, sinir sistemindəki mühüm strukturların meydana gəlməsində rol oynayan "serebrozid" adlı maddənin birləşməsini təmin etməsidir.

Ana südündəki və inək südündəki yağ miqdarlarının da demək olar ki, eyni olmasına baxmayaraq, bu yağların xüsusiyyətləri fərqlidir. Ana südündəki linol turşusu körpənin qidalarla qəbul etməsi lazım olan tək yağ turşusudur.

Ana südünü fərqləndirən digər xüsusiyyət də içindəki duz və mineral miqdarıdır. İnək südündə insan südündən olduqca yüksək miqdarda duz və mineral mövcuddur. Məsələn, inək südündə həm kalsium, həm də fosfor miqdarı yüksəkdir. Lakin bunların bir-birinə görə nisbəti o qədər fərqlidir ki, körpənin kalsium metabolizmi bundan mənfi təsirlənər. Dolayısilə həyatının ilk günlərində körpəyə inək südü verilməsi, qanındakı kalsium səviyyəsinin azalmasına və bəzi pozulmalara gətirib çıxardar.
Bundan savayı insan südündə 50% nisbətində dəmir mövcuddur. İnək südündə isə bu nisbət daha aşağı olduğu üçün inək südü ilə qidalanan körpələrdə dəmir çatışmazlığına görə qansızlıq yaranar.

Vitamin dəyəri də ana südünü körpələr üçün əvəzolunmaz edən digər məsələdir. Ana südü və inək südü tərkiblərindəki vitamin baxımından da bir-birlərindən olduqca fərqlidirlər. Hər iki süddə də A vitamininin eyni miqdarda olmasına baxmayaraq, E, C və K vitamini ana südündə daha çoxdur. D vitamini də yenə ana südündə körpəyə çatacaq qədər olar.

Ana südü körpəni hər mərhələdə qoruyar
Ana bətnindəki qorunmuş və mikrobsuz sahədən çıxıb dünyaya gələn körpə, xarici dünyada bir çox mikrobla mübarizə aparmaq məcburiyytindədir. Ana südünün ən mühüm xüsusiyyətlərindən biri də körpəni infeksiyalara qarşı qorumasıdır. Ana südündən körpəyə keçən qoruyucu hüceyrələr (anticisimlər), körpənin daha əvvəl heç tanımadığı mikroblarla sanki məlumatı varmış kimi, mübarizə aparmağa başlamasını təmin edər. Xüsusilə doğumdan sonrakı ilk bir neçə gündə ifraz olunan və "ağuz" adlandırılan süddə bol miqdarda olan anticisimlər qoruyucu təsirlərini birbaşa göstərərlər.

Ana südünün körpəni yüngül infeksiyalardan çox ağır infeksiyalara qədər qoruması, xüsusilə ilk bir neçə ayda böyük əhəmiyyət daşıyar və faydası əmizdirmənin müddəti ilə mütənasib şəkildə artır.

Ana südünün körpəyə olan faydaları hər keçən gün daha çox ortaya çıxır. Elmin ana südü ilə əlaqədar yeni kəşf etdiyi həqiqətlərdən biri isə körpənin ana südü ilə 2 il ərzində qidalanmasının olduqca faydalı olmasıdır. Elmin yeni kəşf etdiyi bu mühüm məlumatı, Allah bizə bundan 14 əsr əvvəl belə bildirmişdir:

Biz insana ata-anasını (onlara yaxşı davranmağı) tövsiyə etdik. Anası onu, artan çətinliklə (bətnində) daşımışdır. Onun (süddən) ayrılması, iki il ərzində olur. "Həm Mənə, həm də ata-anana şükür et, dönüş təkcə Mənədir. (Loğman surəsi, 14)